Bunu AzNews.az-a açıqlamasında sənətkarın bacısı Bəşirə Musayeva deyib.
O, bildirib ki, Habil Əliyevin yanında gecə-gündüz həkim briqadası dayanıb: “Artıq yavaş-yavaş yemək yeyir, söhbət edir. Pis günü artıq arxada qaldı. Həkimlər də başının üstündə, biri gedir, biri gəlir”.
B.Musayeva H.Əliyevə edilən diqqətə görə, dövlət başcısına minnətdarlıq edib.
Xatırladaq ki, Habil Əliyev ürək-damar xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar olaraq, Türkiyədən Azərbaycana həkim briqadası gətirilib.
İnterpress.az