Bu barədə partiyanın Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov məlumat verib. O bildirib ki, artıq partiyanın 3-4 gənc üzvü sədr olmaq üçün müraciət edib:
“Parlament seçkisi və Qadınlar Birliyi ilə bağlı müəyyən tədbirlər olduğu üçün Gənclər Təşkilatının yeni sədrinin seçilməsi prosesi ləngidi. Bu səbəbdən təşkilatın yeni sədri sentyabr ayının birinci yarısında keçiriləcək ümumi yığıncaqda seçiləcək. Hazırda onunla bağlı rayon təşkilatlarında gənclər özəyi yaradılıb siyahılar hazırlanır. Sentyabr ayında Gənclər Təşkilatı formalaşıb sədr seçiləcək.
Partiyamızda kifayət qədər intelektual səviyyəli gənclərimiz var. Amma hələ ki, onların adlarını açıqlamaq istəmirik. Çünki seçki ilə bağlı rəsmi olaraq start verilməyib. Hazırda isə seçkiyə hazırlıq prosesi gedir. Ümumi yığıncaqla bağlı konkret qərar verildikdən sonra gənclər rəsmi olaraq müraciət edəcəklər”. (aznews.az)
İnterpress.az