Avqustun 26-da saat 06:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun B.Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısından vətəndaş Rəşad Qasımova məxsus 2 ədəd 250 manat dəyərində olan xalçaları oğurlayan Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Umudov Famil Muxtar oğlunu saxlayıb.
O, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə F.Umudovun üzərinə baxış zamanı 5.36 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. (lent.az)
İnterpress.az