İranın Türkiyə oyunubackend

İranın Türkiyə oyunu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın bu davranışının embarqonun aradan qalxmasıyla birlikdə sürətləndiyini bildirən mütəxəssislər \”Embarqo illəri tez unuduldu\” deyirlər.

İnterpress.az xəbər verir ki, Türkiyə rəsmiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər və politoloqlar son zamanlarda İranın Türkiyəyə qarşı içtimai rəyin formalaşdırması siyasətindən narahatdırlar. İranda hökümətyönlü media uzun zamandır Türkiyənin Yaxın Şərq siyasətinə dair əsassız xəbərlər yayır.

İran rəhbərliyinin icazəsi və məlumatı daxilində olduğu irəli sürülən yayımlarda ölkə ictimaiyyətində türk idarəçilər və Türkiyənin xarici siyasətinə dair mənfi rəy yaratmağa xidmət edir.

ABŞ-ın sərt reaksiyası

Xatırladaq ki, BMT-nin 2010-cu ildə keçirilən toplantısında yalnız Türkiyə və Braziliya İrana qarşı sanksiyaların ləğvinə səs verib. Türkiyə embarqo səbəbiylə qida və dərman qəbulunda belə çətinlik yaşayan İrana dəstək üçün qətiyyətli mövqə nümayiş etdirdi. Valyuta qadağası səbəbiylə İrandan alınan qazın qiyməti qızılla ödənildi. Bu vəziyyət ABŞ-ın sərt reaksiyasına səbəb oldu, lakin yenə də Türkiyə geri addım atmadı.

Türkiyə səbirli davranır

Qərblə anlaşmadan sonra İranın mövqeyinin sərtləşdiyinə diqqət çəkən Orta Şərq mütəxəssislərinə görə, İŞİD-lə mübarizə qərarı və “İncirlik”yin hərbi baza olaraq istifadə edilməsi İranı narahat edir. Bu vaxtdan sonra Türkiyə əleyhinə yazılar artıb. Türkiyə bunlara baxmayaraq hələ də səbirli davranır.

Türkiyə Prezidentin müşaviri Bülənt Çatlı embarqonun qaldırılması üçün ABŞ, AB və BMT-yə mütəmadi olaraq tələblər irəli sürdüklərinə dair məsələyə diqqət çəkib və \”Ən başından bəri İrana embarqoya qarşı çıxmışdıq. Bu gün dünya Türkiyənin istədiyi nöqtəyə gəldi\” deyib.

Böyük məyusluq

Türkiyənin baş nazir müavini Əli Babacan 2012-ci ildə \”İran böyük xəyal qırıqlığı oldu\” deyib: \”Necə olur ki, vətəndaşları qətl edən bu rejimə dəstək veririk, anlamaq mümkün deyil. Böyük xəyal qırıqlığı yaşadıq. Çünki çox dəstək verdik. BMT, AB və ABŞ-da İranı müdafiə etdik. Bütün dünyada az qala vəkilliyini etdik. Niyə? Çünki qonşumuzdur\”.

İnterpress.az