İnterpress.az xəbər verir ki, bəzi üzvlər Binəqədi rayon təşkilatının Şura iclası zamanı istefa verdiklərini bildiriblər.
İstefa verənlər partiyanın Dərnəgül özəyinin sədri Arif Əziz və Şura üzvü Hümbət Məmmədlidir.
Partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli hər iki şəxsin Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsinə etiraz olaraq istefa verdiyini bildirib.
Müsavatın Divan üzvü Razim Əmiraslanlı İnterpress.az-a açıqlamasında Hümbət Məmmədlinin istefasına təəssüfləndiyini bildirib: “Çox əqidəli, fədakar müsavatçı idi. Onun istefasına təəssüf edirəm . Özək sədri Arif Əziz barəsində isə Nəzarət Təftiş Komissiyasına müraciət olunmuşdu. O bilirdi ki, partiyadan xaric ediləcək, ona görə də istefa verib”.
Elnarə
İnterpress.az