İran rəsmilərinin Azərbaycan və Türkiyəyə “Kandil mesajı”backend

İran rəsmilərinin Azərbaycan və Türkiyəyə “Kandil mesajı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şəkillərdə həmçinin İranın Qərbi Azərbaycan valisinin də mülki paltarda nazirin yanında yer aldığı görünür.

Məlumatlara görə, Urmiyə şəhərinə səfərdən sonra nazir vali ilə bərabər sərhədə gedərək Kandil dağına çıxıb. Kürdlərə yaxın mətbuat bununla bağlı xəbərlərdə qədim Azərbaycan şəhəri olan Urmiyəni “İran Kürdüstanın şəhəri” kimi təqdim edib.

Türkiyə mətbuatı nazirin bu fotolarını sosial şəbəkədə yayılmasını İranın Türkiyəyə mesajı kimi dəyərləndirir.

Erciyes Universitetinin professoru Mahir Nakib fotonun Kandil düşərgəsində çəkildiyi güman etmədiyini bildirib: “İranın İraqdakı kürd siyasətinin uzun illik tarixi var. Bərzani ilə bir neçə illik əlaqələri var. Açıq etiraf etmək lazımdır ki, İran bölgədə güclənir. İraqdakı gücündən tutmuş Livan və Suriyaya dəstəyinə qədər hər şey ortadadır. İranın bölgədə hazırda ən böyük problemi Bəhreyn məsələsidir. Əgər bu məsələni də həll edərsə, Körfəz ölkələrində müdhiş güc əldə edəcək”.

Professorun fikrincə, İranın İraq siyasəti kürdləri və hətta türkmənləri də iki yerə ayırıb: “Türkmənlərin şiə qanadını təmsil edən siyasətçilər İranın tərəfindədir”.

İran rəsmilərinin Azərbaycan və Türkiyəyə “Kandil mesajı”

İnterpress.az