İqtisadçıdan zaminlərə məsləhət: “…Öncə fikirləşin”backend

İqtisadçıdan zaminlərə məsləhət: “…Öncə fikirləşin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vuqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, rəhbərlik etdiyi mərkəzə müraciət edən vətəndaşlardan biri qeyd edib ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub: “Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb.

Əksər hallarda isə kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminləri cəlb edir. Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və “yox” demir. Nəticədə isə krediti bir şəxs götürür, xərcləyir, qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır. Buna görə də, zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağlıdığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də, çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir”.

İnterpress.az