İnterpress.az xəbər verir ki, qəribə davranışları ilə diqqət çəkən “oğru”nun üzərindən narkotik maddə tapılıb.
Özbəkistanın Əndican vilayətinin sakini olan Tavadov həmçinin qətldə günahlandırılır.
2004 – cü ilin sonunda Ded Xasan tərəfindən “taclandırılan\” Tavadov Özbəkistan elitasına məxsus ailədə doğulub. Atası olduqca nüfuzlu və imkanlı şəxs olduğundan bütün ehtiyacları ödənilib. Buna görə də onun “oğru” statusu da ərköyünlüyünün növbəti mərhələsi hesab edilib. Ded Xasanın sağlığında Tavadov onun tərəfindən himayə edilib.
Heç zaman “oğru” yığıncaqlarında iştirak etməyən Suren Ded Xasanın ölümündən sonra hücumlara məruz qalıb. Dəfələrlə onun “oğru” statusunun alınması üçün “sxodka” təyin edilsə də, o, heç birində iştirak etməyib. İndi isə ittihamlar təsdiqlənərsə, ömürünün uzun hissəsini həbsxanada keçirməli olacaq.
İnterpress.az