İnterpress.az xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
Onun sözlərinə görə, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərlinin rəhbərliyi ilə seçki təqviminə uyğun işə start verilib: “Bu gün respublika üzrə 15 səlahiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə və müvafiq olaraq 80 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələr təyin edilib. Onların
Seçki Məcəlləsinə uyğun bütün sənədləri hazırlanıb.
Seçki gününün elan edilməsindən sonra müvafiq sənədlər MSK-ya və DSK-lara təqdim ediləcək və namizədlərimizi elan edəcəyik”.
İnterpress.az