İnterpress.az-ın \”RİA Novosti\” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, hərbçilərə avtomatdan atəş açan əsgər sonra özünü güllələyib. Hadisə nəticəsində həmçinin iki hərbçi yaralanıb.
İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hazırda Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası hərbi düşərgədə araşdırma aparır.
İnterpress.az