İnterpress.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutan son 5 qarşılaşma ilə qrupda çıxış edəcək klubların tam siyahısı dəqiqləşib.
Gecənin sürprizi Kiprdə qeydə alınıb. \”Astana\” tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Qazaxlar evdə əldə etdikləri minimal hesablı qələbədən sonra səfərdə də rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşıb və qrup məshələsinə keçib.
Qrup mərhələsinə yüksələn digər komandalar isə, \”Bayer\”, \”Mançester Yunayted\”, MOİK və BATE olub.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
APOEL (Kipr) – “Astana” (Qazaxıstan) – 1:1
İlk oyun – 0:1
“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) – 0:4
İlk oyun – 1:3
“Bayer” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0
İlk oyun – 0:1
MOİK (Rusiya) – “Sportinq” (Portuqaliya) – 3:1
İlk oyun – 1:2
“Partizan” (Serbiya) – BATE (Belarus) – 2:1
İlk oyun – 0:1
İnterpress.az