İnterpress.az xəbər verir ki, o, yaşadığı Zəncan şəhərinə gedib. Ancaq rəsmi mənbələr onun azadlığa buraxılması barədə xəbərə münasibət bildirməyib.
Xatırladaq ki, Səid Mətinpur 2007-ci ilin iyununda həbs edilib. Onun həbsinə səbəb azərbaycanlıların hüquqları ilə bağlı Türkiyədə keçirilən seminarda iştirakı olub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib. Beynəlxalq insan haqları təşkilatları Səid Mətinpuru vicdan məhbusu elan edib.
İnterpress.az