İnterpress.az xəbər verir ki, konsulluqdan APA-ya verilən məlumata görə, “Xəzər təbii qazının Qərbə axını: Avropanın enerji xəritəsi dəyişmək üzrədir” başlıqlı məqalədə müəllif, Azərbaycanın əsas iştirakçı qismində çıxış etdiyi, Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsi barədə danışaraq, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verəcəyi töhfələri qeyd edir. N. Ağayev qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq sərmayə və tərəfdaşlıq üçün öz qapısını açan Azərbaycan 20 ildən çoxdur, Qərbin etibarlı enerji tərəfdaşı olaraq qalmaqdadır.
Diplomat vurğulayır ki, Azərbaycan yalnız öz nəhəng neft və qaz yataqlarına görə deyil, eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Avropaya ötürülməsində xüsusi geostrateji önəmə malikdir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin qısa zamanda əldə etdiyi nailiyyətləri sadalayaraq, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf və müasirləşmə yolu keçərək bu gün yerləşdiyi regionun iqtisadiyyatının 80%-ə nəzarət etdiyini bildirir. Diplomat, Azərbaycanın tarixən malik olduğu və bu gün də böyük qürur hissi ilə yaşatdığı qədim tolerantlıq ənənələrindən bəhs edir və bu ənənələrin neft-qaz resursları qədər ölkəmizin ən qiymətli sərvətlərindən olduğunu vurğulayır.
Həmçinin, N. Ağayev Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti barədə oxucuları məlumatlandırır.
Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar:
http://www.washingtontimes.com/news/2015/aug/26/nasimi-aghayev-caspian-natural-gas/
İnterpress.az