25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetiribbackend

25 yaşlı oğlan qonşusunu amansızlıqla qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Badamdar yolu, ev 105 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.

V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.

Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. (apa)

İnterpress.az