Şəmkir rayon Seyfəli kənd sakini, 1959-cu il təvəllüdlü Səlminaz Qasımova sirkə turşusundan ağır zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, bir həftə öncə S. Qasımovanın həyat yoldaşı dünyasını dəyişib. Buna dözməyən 56 yaşlı qadın sirkə turşusu içərək intihar etmək istəyib. (apa)
İnterpress.az