Axtarışa verilən direktor işə düzəltmək adı ilə pul alıbbackend

Axtarışa verilən direktor işə düzəltmək adı ilə pul alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vahid Dəmirova 2008-ci ildə işə düzəltmək üçün 3 min pul verdiyini deyən zərərçəkən İnterpress.az-a bildirib ki, direktor əvvəl işlədiyi 58 saylı məktəbdə bir neçə ay onu texniki əməkdaş kimi işə götürüb: “Ancaq bir neçə ay sonra məni bu işdən də çıxartdı. Sonra dedi ki, 55 saylı məktəbə direktor göndərilir və orda məni müəllim kimi işə götürəcək. Ancaq vədini yenə yerinə yetirmədi. Daha sonra aldığımız məlumata görə, direktor bu vasitə ilə bir çoxlarından pul alıb”.

Xatırladaq ki, direktorun axtarışa verilməsi xəbərini APA yayıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

Elnarə
İnterpress.az