İnterpress.az xəbər verir ki, www.truthaboutisis.com saytı İŞİD-ə qarşı məlumatlara geniş yer verir.
Saytla əlaqə yaradılması mümkün deyil, telefon nömrəsi, internet ünvanı yoxdur. Saytın sosial şəbəkədə izləyənlər arasında tanınmış şəxslər var.
Özünü də vaxtilə vədlərə aldanaraq İŞİD sıralarında döyüşməyə getdiyini deyən keçmiş İŞİD-çi “Baş verənlərin islamla heç bir əlaqəsinin olmadığını gördüm. Azyaşlı uşaqların döyülməsi və kamikadze kimi istifadəsinə şahid oldum. Qaçdım və şanslı adamam ki, İngiltərəyə canlı olaraq qayıtmışam” deyə bildirib.
İnterpress.az