İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Avropa rəsmilərinin \”İŞİD\’in ən yüksək səviyyəli kompüter mütəxəssisi\” olaraq qiymətləndirdiyi Cüneyd Hüseyn çərşənbə günü Suriyanın Rakka şəhərinə həyata keçirilən bombardman nəticəsində öldürülüb.
Kiber təhlükəsizliklə əlaqədar inkişafları təqib edən CSO-nun xəbərinə görə, Hüseyn 2 il əvvəl Suriyaya geib. \”Kiber Xəlifə\” ləqəbiylə təşkilat içində ad qazanan Hüseyn yanvar ayında ABŞ Müdafiə Nazirliyinin Twitter hesabını hak edən İŞİD qrupuna rəhbərlik edib.
“Reuters”ə açıqlama verən bəzi amerikalı rəsmilər hakerin öldürüldüyünü təsdiqləyib.
“CrowdStrike” təhlükəsizlik şirkətindən Adam Meyers \”Kiber Xəlifə\”nin \”İŞİD-ə işçi toplama, kompüter şəbəkələrini çökdürmə və kritik təmələ zərər vermə səbəbləriylə prioritetli hədəflərdən biri” olduğunu söyləyib.
İnterpress.az