Çin birjası həyata qayıdırbackend

Çin birjası həyata qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çin şirkətlərinin sıx əməliyyat gördüyü Honq-Konqdakı “Hangseng” Birjasında da göstərici indeks 2,8 % artıb.

Çin birjaları Mərkəz Bankı PBOC-nin faiz və məcburi qarşılıq endirimlərinə baxmayaraq dünən satış dalğası altında qalaraq günü kəsirlə tamamlamışdı.

Analitiklər Amerika bazarlarında dünən gecə təsirli olan yüksəliş dalğasının çinli sərmayəçiləri investisiyalara sövq edəcəyini təxmin edir.

Növbəti açılışın ardından 2,95 % -ə qədər yüksələn, lakin qapanışa bir saat qalmış qısa müddətli azalma müşahidə olunan Şanxay indeksi xüsusilə son yarım saatda gələn səhmlərlə birlikdə birdən-birə sıçrayış göstərərək günü son 6 həftənin ən böyük yüksəlişiylə bağlayıb.

Xatırladaq ki, indeksdə son yüksəliş 9 iyulda 5,76 % olmuşdu.

İnterpress.az