DAK Mətbuat və İnformasiya Xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə Suriyada baş verən proseslər, türkmənlərin vəziyyəti təhlil edilib. Söhbət əsasında Suriya Türkman Cəbhəsinin Azərbaycanla əlaqələri mövzusunda fikir mübadiləsi aparılıb və Suriya Türkmənlərinin son durumu müzakirə edilib.
Türkmanların Azərbaycan türklərinin bir qolu olduğunu vurğulayan DAK həmsədri ordakı vəziyyətin bütün millətimizi narahat etdiyini söyləyərək əlaqələrin sıxlaşdırılmasının zəruriliyindən danışıb. Terrorla, etnik təmizləmə ilə üz-üzə qalaraq yurd-yuvalarından didərgin düşməyə məcbur olan türkmənlərlə bağlı məsələnin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün bundan sonra da Dünya Azərbaycanlıları Konqresi çərçivəsində addımlar atılacağını bildirib.
Mütəşşəkkil şəkildə təşkilatlandırılan və silahlandırılan digər etnik azlıqlarla müqayisədə zəif müdafiə imkanına malik olan türkmənlərın ardıcıl şəkildə terrora məruz qaldığını bildirən qonaqlar mənəvi dəstəyə də ehtiyac duyulduğunu söyləyiblər.
Məsələnin Azərbaycan ictimaiyyəti və KİV-nə daha ətraflı şəkildə çatdırılması məqsədilə DAK – ın qərargahında Suriya Türkman Cəbhəsi İdarə Heyəti üzvlərinin mətbuat konfransının təşkil edilməsi qərara alınıb.
İnterpress.az