AFFA prezidenti: «Azərbaycan futbolunda yeni ənənə yaranır»backend

AFFA prezidenti: «Azərbaycan futbolunda yeni ənənə yaranır»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində \”Qarabağ\”ın İsveçrənin \”Yanq Boys\” klubunu böyük hesabla (3:0) məğlub etdiyi qarşılaşmanı izləyən assosiasiya rəhbəri matç başa çatdıqdan sonra təmsilçimizin üzvləri ilə görüşüb.

Futbolçuları təbrik edən Abdullayev daha sonra təəssüratlarını bölüşüb: \”Qarabağ\” ikinci dəfə qrup mərhələsinə yüksəldi. Bu gün bizim üçün daha bir vacib oyun var. Ümid edirik ki, \”Qəbələ\” də Yunanıstandan uğurlu nəticə ilə dönüb, bizi sevindirəcək. Qazandığı uğurlu nəticə münasibətilə həm \”Qarabağ\” camiəsini, həm də futbolsevərlərimizi təbrik edirəm. Onlar bizi sevindirdilər, bu cür oyun nümayiş etdirdilər\”.

AFFA başçısı \”Qarabağ\”ın bu dəfə qrup mərhələsində daha uğurla çıxış edəcəyinə inandığını vurğulayıb: \”Ötən il \”Qarabağ\”ın qələbəsini əlindən aldılar. Bu dəfə təmsilçimizin daha yaxşı çıxış edəcəyinə, uğurları ilə bizi sevindirəcəyinə inanırıq. Futbolda nəticəni əvvəlcədən proqnozlaşdırmaq olmur. \”Yanq Boys\” zəif rəqib deyil. Vaxtilə onlar da \”Barselona\” kimi komandanı mübarizədən kənarlaşdırıblar\”.

Abdullayev Tofiq Bəhramov adına Respublika stadionun qazonu ilə bağlı aidiyyatı qurumlarla danışıq aparılacağını söyləyib: \”Bu məsələ ilə bağlı danışıq aparılacaq. Bu qazon mütləq dəyişilməlidi. Qrup mərhələsinin oyunları yeni qazonda keçiriləcək. Yığmaya gəldikdə, milli “Bakcell Arena”da oynayacaq. Orda qazonla bağlı problem yoxdu\”.

Abdullayev yığmadan da uğurlu nəticə gözlədiyini deyib: \”Yığmanın üzvləri klublarda çıxış edir. Yəqin ki, bu qələbələr onları ruhlandıracaq və millidə də yaxşı çıxış edəcəklər\”. (apa)

İnterpress.az