Nömrənizi öz adınıza keçirin – VİDEObackend

Nömrənizi öz adınıza keçirin – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq mobil operatorlardan biri bununla bağlı abunəçilərə SMS bildirişlər göndərməyə başlayıb. Abunəçi mobil operatora müraciət etməli, operator isə öz növbəsində müxtəlif üsullarla həmin nömrənin müraciət edən şəxsin istifadəsində olduğunu araşdıraraq onun adına rəsmiləşdirməlidir.

Ölkədə rəsmi distrubyutor olan dükanlar və onların kiçik satış mərkəzlərində nömrə satışı və sənədləşmənin artıq iki aydır ki, yeni qaydalarla aparıldığını bildirdilər.

“Təlimat verilib ki, müqaviləyə səxsiyyət vəsiqəsinin nüsxəsi əlavə olunsun. Belə ki, nömrə almaq istəyən şəxs ilk olaraq öz şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra nömrəni əldə edə bilər. Düzdür bununla razılaşanlar da olur, razılaşmayanlar da. Razılaşmayanlar isə təkrar olaraq bizə müraciət edirlər və qaydalara uyğun olaraq nömrəni əldə edirlər. Ümumiyyətlə yeni qaydaların tətbiqi satışa heç bir təsir etməyib”, – deyə satış meneceri Sadiq Məmmədov bildirib.

Üç ay əvvəl qəbul edilən qaydalara görə, abunəçi öz adına olan sim-kartı başqa şəxsə, istifadə etmək üçün verə bilməz. Bu qəti qadağandır. Hətta satış müqaviləsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunması məcburidir.

Müsahibimiz də yeni mobil nömrəni anası üçün almaq istəsə də, bunu edə bilmədi. Çünki, üzərində nömrəni işlədəcək şəxsin şəxsiyyət vəsiqəsi yox idi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına görə, hazırda yeni qaydaların tam şəkildə tətbiqi üçün müvafiq sistemlərdə son tamamlama işləri aparılır. (anspress)

İnterpress.az