Mahal İsmayıloğlu vəfat etdibackend

Mahal İsmayıloğlu vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə musavat.com-a mərhumun qızı Ayan Sadıqlı xəbər verib.

Onun sözlərinə görə, Respublika xəstəxanasında müalicə olunan Mahal İsmayıloğlunun böyrəkləri bu gün öz funksiyasını itirib və jurnalist saat 13.20-də vəfat edib.

Qeyd edək ki, M.İsmayıloğlu xəstəliyi ilə bağlı Türkiyədə də müalicə kursu keçmişdi. Onun ürəyində də problemlər vardı.

M.İsmayıloğlu jurnalistlik fəaliyyəti dövründə \”Aydınlıq\”, \”Xalq qəzeti\”, \”Yeni Müsavat\” qəzetlərində çalışıb, köşə yazıları ilə çıxış edib. O, bir müddət \”Xalq qəzeti\”nin baş redaktoru vəzifəsində də çalışıb.

Allah rəhmət eləsin.

P.S. Mahal İsmayıloğlunun hüzr mərasimi Naxçıvani küçəsi 18, mənzil 34-də keçiriləcək (Azadlıq prospekti, İstanbul evlərinin arxası).

İnterpress.az