Şəkidə Motofestival iştirakçıları qəzaya düşübbackend

Şəkidə Motofestival iştirakçıları qəzaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə saat 00:30 radələrində Şəki şəhər ərazisində baş verən yol qəzasından 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçısı olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarə etdiyi motosikletin idarəetməsini itirməsi səbəbindən motosikleti yolun kənarındakı maneəyə vurub. Qəza nəticəsində Elçin Babayev və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Elçin Babayev yüngül xəsarət aldığından ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. Qəza nəticəsində ağır kəllə-beyn zədəsi alan Aynurə Muradovaya xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək. (apa)

İnterpress.az