İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonu ərazisində hal-hazırda fəaliyyət göstərməyən inzibati binanın anbarının ümumi sahəsi 100 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az