Bakıda baş verən yol qəzasında bir nəfər ölübbackend

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Azad Məmmədovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Tural Mustafayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə T. Mustafayev və onun sərnişini Əmralı Mirzəyev xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdiriliblər. T. Mustafayev orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az