Hadisə avqustun 29-da saat 14.20 radələrində rayonun Kərgəlan kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Siyavuş İnqilab oğlu Paşayev elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alıb. Yaxınları onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayonun hüqiq- mühafizə orqanlarında araşdırma aparılır. (apa)
İnterpress.az