Gürcüstan daxili işlər nazirinin sabiq müavini güllələnibbackend

Gürcüstan daxili işlər nazirinin sabiq müavini güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, qatillər L. Qvazavaya Tbilisi-Tabaxmela şossesində pusqu qurub, onu Rezo Kalomletsavi adlı qohumu ilə birgə güllələyiblər.

R. Kalomletsavi hadisə yerində ölüb.

L. Qvazava isə baş nahiyyəsindən ağır yaralanıb və komaya düşüb. Hazırda sabiq nazir müavini süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı istintaq aparılır. Hələlik qətlin kim tərəfindən sifariş olunduğu barədə versiya yoxdur.

İnterpress.az