Məzahir Pənahov: “Beynəlxalq qurumlara MSK-da otaq da ayırmağa hazıram”backend

Məzahir Pənahov: “Beynəlxalq qurumlara MSK-da otaq da ayırmağa hazıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

\”Ünvanlanan məktub itirilə bilər. Amma KİV nümayəndələri, telekanalların kameraları qarşısında deyilən söz geri götürülə bilməz. Mən də KİV nümayəqdələri qarşısında həmişə bunu xüsusi vurğulyaıram. Mən hətta beynəlxalq qurumların hamısına Mərkəzi Seçki Komissiyasında otaq da ayırmağa hazıram ki, burada daimi nümayəndələri olsun. Biz bu standartla işləyirik. Biz hər zaman beynəlxalq təşkilatları dəvət edərkən onlara hər cür şərait yaradacağımızı bildirmişik. Elə media nümayəndələri də sənədlərin, imzaların yoxlanılması proseslərində iştirak edirlər. KİV nümayəndələri beynəlxalq qurumların nümayəndələrini də burada görəndə prosesdə daha yaxşı iştirak edəcək, müsahibələr alacaqlar. O zaman beynəlxalq qurumların nümayəndələri də bildirsinlər ki, hansı səhvlər olur, hansı pozuntu var. Konstruktiv əməkdaşlıq budur. Təəssüf ki, onlar bu proseslərdə iştirak etmirlər. İştirak etmədiyin yerdə nələrin baş verdliyi barədə nexcə danışmaq, münasibət bildirmək olar?\”

M. Pənahov bildirib ki, MSK artıq 10 ildir ki, bu sistemlə çalışır: \”Mən bunu yalnız KİV qarışısnda deməklə kifayətlənmir, eyni zaimanda həmin beynəlxalq təşkilatlara rəsmi məktub da göndərirəm, dəvət edirəm. Dünyanın bütün ölkələrində keçirilən seçkilərdə xoşagəlməz hallar baş verə bilər. Bu cür hallar 10 il sonra da keçirilən seçkilərdə baş verəcək. Azərbaycan da istisna deyil. Ancaq bu cür məsələlərə konstruktiv yanaşmaq lazımdır. Seçki komissiyalarının işi ondan ibarətdir ki, pozuntu hallarına dərhal adekvat reaksiya versin\”.

İnterpress.az