Qubada xəzinə tapılıbbackend

Qubada xəzinə tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar. Xəzinənin içində xeyli sayda gümüş pul, köhnə cildli Quran kitabı, xəncər, köhnə tapança və bəzək əşyaları olub.

Xəzinəni tapan uşaqlar bu barədə valideynlərinə, onlar isə kənd icra nümayəndəsi Akif Sultanova məlumat veriblər. Tapılan əşyalar sakinlərin iştirakı ilə aktlaşdırılaraq polisə təhvil verilib.

Xəzinə Quba rayon Polis şöbəsinin Qonaqkənd bölməsinə aparılıb. Buradan isə ekspertiza üçün Bakıya göndərilib. (apa)

İnterpress.az