İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Zərdab şəhərində vətəndaşa məxsus hal-hazırda istismara yararsız ümumi sahəsi 442 kv.m olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində yığılmış məişət tullantıları 150 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az