Amerikanın Las-Veqas şəhərində Arizonadan olan turist Robert Teylor 229 min dollarlıq “Cekpot” udub.
İnterpress.az xəbər verir ki, lakin kazinodakı oyun maşınında yaranan nasazlığa görə onun bundan xəbəri olmayıb və məkanı tərk edib.
Kazinonun işçiləri Roberti tapmaq üçün 2 həftə ərzində müşahidə kameralarını izləyib və onunla əlaqə yaradıblar. Ancaq turistin artıq Arizonada olduğu məlum olub. Teylor uduşu götürmək üçün Las-Veqasa qayıdıb.