Zelenski Putinə açıq məktub yazıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Administrasiyası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub ünvanlayıb. Məktubda Zelenski müharibəyə “dürüst və ləyaqətli” şəkildə son qoymağı təklif edib.
Ukrayna rəhbəri bu məqsədlə liderlərin neytral bir ölkədə birbaşa görüşməsini və real təhlükəsizlik qarantiyaları əsasında danışıqlar aparılmasını təklif edib.
Rəsmi Moskva hələlik bu təkliflə bağlı rəsmi mövqe bildirməyib.
Xuraman Etibarlı
İnterpress.az






