Sabah yağış yağacaqbackend

Sabah yağış yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 17-də əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

İnterpress.az