3 nəfər azərbaycanlı Gürcüstanda deputat seçildibackend

3 nəfər azərbaycanlı Gürcüstanda deputat seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 1-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Seçkilərə müxalifətin Vahid Milli Hərəkat Partiyasından qatılan azərbaycanlı deputat Azər Süleymanov az səs toplayaraq bu dəfə parlamentdən kənarda qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Modern.az-a danışan sabiq deputat Azər Süleymanov seçkilərin nəticələrini tanımadığını bildirib:

“Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir. Ancaq biz müxalifət nümayəndələri ikinci tura qatılmayacağıq. Seçkilərin nəticələri tam olaraq ləğv edilməlidir”.

Azər Süleymanov onun yerinə seçilən namizəddən də söz açıb:

“Parlament seçkilərində mənimlə mübarizə aparan “Gürcü arzusu” partiyasından Zaur Darğallı idi. O seçilib”.

Qeyd edək ki, parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib. Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılov.

İndiyə kimi Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar Azər Süleymanov, Ruslan Hacıyev və Mahir Dərziyev bu dəfə mandat ala bilməyiblər.

 

İnterpress.az