“Azərbaycanda kreditlər bahalaşacaq”backend

“Azərbaycanda kreditlər bahalaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində yazan iqtisadçı qərarın Azərbaycanda kreditləri bahalaşdıracağının deyib: “Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan AMB-nin uçot dərəcəsini qaldırması gözlənilən idi. Əslində qurumun bu qərarı bir qədər gecikib. Çünki AMB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. AMB-nin bu addımını inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün AMB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.

İnterpress.az