ABŞ prezidentliyinə namizəd Donald Tramp çıxışlarının birində yenə müsəlmanlarla bağlı mövzuya toxunub.
Tramp öz çıxışında müsəlmanların ABŞ üçün real təhlükə olduğunu bildirib. O, hesab edir ki, İslam dininə mənsub şəxslərin ABŞ-a girişində məhdudiyyət olmalıdır.
Tramp “Ölkəmizə minlərlə müsəlman gəlir və biz onların kim olduğunu bilmirik. Bu bizim təhlükəsizliyimiz üçün böyük problemdir”-, deyib.
Onun sözlərinə görə, amerikalılar daha sayıq olmalı və məscidlərə nəzarəti gücləndirməlidirlər. (qafqazinfo.az)
İnterpress.az