​Rusiyada 4 yaşlı qızın ölümünə səbəb olan azərbaycanlı əfv olunubbackend

​Rusiyada 4 yaşlı qızın ölümünə səbəb olan azərbaycanlı əfv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2012-ci ilin yayında əslən Azərbaycandan olan Yakov Abdullayev Kemerovo şəhərinin Vesennaya küçəsindəki piyada keçidlərindən birində 4 yaşlı uşağı maşınla vuraraq öldürüb.
Məlumata görə, 4 il davam edən məhkəmə çəkişməsindən sonra Yakov Abdullayev amnistiyaya düşüb.
Müəyyən edilib ki, müqəssir hadisə baş verən zaman sürücülük vəsiqəsini 4 gün imiş ki alıb. Həmin gün o sözügedən küçədə yüksək sürətlə hərəkət edirmiş. Qəza cəmiyyətdə geniş rezonans yaradıb. 2013-cü ildə başlayan məhkəmə prosesi 13 dəfə uzadılıb. 2013-cü ilin payızında məhkəmə prosesi dayandırılıb. 16 mart 2016-cı tarixində məhkəmə iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülən iddiaların amnistiyaya düşməsi ilə əlaqədar onun üzərindən götürülməsi barədə qərar çıxarıb.(Report)

İnterpress.az