Somalidə ölən azərbaycanlı fətullahçı imiş- YENI FAKTLARbackend

Somalidə ölən azərbaycanlı fətullahçı imiş- YENI FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Kəmalə İsmayılova bir neçə il qabaq ailəsi ilə birlikdə Türkiyəyə köçərək, orada müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayıb.
K.İsmayılova bir müddət İraqda, daha sonra Somaliyə köçərək fəaliyyətini davam etdirib. O, Somalidə uşaqları ilə yaşayırmış, həyat yoldaşı Əflatun İsmayılov tərcüməçi işlədiyindən Somaliyə köçə bilməyib.
“Kəmalə Somalidə türk məktəbində müəllimlik edirdi. O, Mingəçevirdə böyüyüb, Göyçaya gəlin köçmüşdü. Həyat yoldaşı Əflatun xəbəri eşidən kimi şok keçirib. Onu xəstəxanaya yerləşdiriblər. Biz isə hazırda Kəmalənin nəşinin ölkəyə gətirilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmişik”,- deyə qohumları bildirib.
Əldə etdiyimiz digər məlumata görə, Azərbaycan vətəndaşı olan Kəmalə İsmayılova Somalidə Fətulla Gülən camaatına məxsus məktəbdə çalışırmış. Həlak olan azərbaycanlının nurçu təriqətinə qulluq etdiyi bildirilir.
Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda silahlı şəxslərin məktəbli avtobusuna hücumu nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub.
Hadisə zamanı bir neçə nəfər yaralanıb.(AzVision.az)

Somalidə ölən azərbaycanlı fətullahçı imiş- YENI FAKTLAR

Somalidə ölən azərbaycanlı fətullahçı imiş- YENI FAKTLAR

Somalidə ölən azərbaycanlı fətullahçı imiş- YENI FAKTLAR

İnterpress.az