Bağdadinin arvadı: “Mən onu sevmirdim”backend

Bağdadinin arvadı: “Mən onu sevmirdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən normal ailə adamına – universitet professoruna ərə getmişəm. O, işə gedib evə qayıdardı, öz ailəsinin yanına. O, heç bir müqavimət hərəkatında iştirak etmirdi. Onun dünyada ən təhlükəli ekstremist təşkilatının necə lideri olması mənim üçün təəccüblüdür”, – 28 yaşlı Sadja ad-Duleyma deyib.

Qadının sözlərinə görə, onun keçmiş əri çox sirli insandır: “Onunla normal danışmaq mümkün deyil. Mən onu sevmirdim, onunla xoşbəxt deyildim və ondan ayrıldım. Üstəlik bu onun birinci xanımına qarşı haqsızlıq idi. O, çox həyəcan keçirdi”.

Sadja ad-Duleyma ilə Bağdadinin nikahı 2009-cu ildə kəsilib və cəmisi 3 ay çəkib. Bununla belə, onun ən tanınmış arvadı hesab edirlər.

Cihad aləminə təsirinə görə, Xalifessa ləqəbi alıb. Sadja üzünü hicabla örtməyərək açıq şəkildə bütün dünyadan İŞİD-ə qoşulmaqla qadınlara sədaqətli ərlər və layiq olduqları həyata qovuşacaqlarına çağırış edib.

İnterpress.az