Günəş təqvimi ilə fərvərdin ayının on üçüncü günü novruz bayramının ən yaxşı günlərindəndir və bu gün İranın rəsmi təqvimində \”təbiət günü\” adlandırılıb və ilin tətil günlərindən sayılır.
İnterpress.az-ın Sahar-a istinadən verdiyi xəbərə görə, Yeni ilin on ikinci gününün keçməsilə iranlılar öz sevincləri və ruh yüksəkliklərini nümayiş etdirmək üçün ailələrinin digər üzvləri və qohumları ilə yanaşı, novruz bayramının on üçüncü gününü təbiətin ağuşunda keçirirlər.
İran xalqı novruz bayramının on üçüncü günü mərasiminin keçirilməsini Allah-Taalanın nemətlərinə şükretmə hərəkəti hesab edir və təbiətin dirilməsi təzahürünü qiyamət və məad-ın nişanəsi kimi qələmə verir. Elə buna görə, iranlılar novruz tətillərinin sonuncu gününü, başqa sözlə, \”sizdəbədər\”i öz evlərindən kənarda-yaşıllıqlarda keçirirlər.
Bəziləri belə inanırlar ki, novruz tətillərində birgə olmaq ləzzəti və gözəlliyin kulminasiya nöqtəsi, ailələrin təbiətin qoynunda olmalarıdır.
İranlı qövmlər də özlərinin məntəqəvi mədəniyyət və adət-ənənələrinə uyğun olaraq, xas mərasimlərə malikdirlər. Bunlardan \”sizdəbədər\”, səməni düyünləmə və səmənini çaya atma mərasimlərinə işarə etmək mümkündür.
İnterpress.az