Bu haqda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov açıqlama verib.
Onun sözlərinə görə, hazırda Suriyada 200-ə yaxın çeçen yaraqlısı qalıb.
“İndi bizdə məlumat var ki, çeçenlərin əksəriyyəri orada ölüb. Ona görə ki, orada döyüşən ərəblər və digər millətlərdən olanlar çeçenləri ət kimi qabağa veriblər – sizin praktikanız var, təcrübəniz var, çeçenlər irəli gedin, döyüşün. Bizim 200-ə yaxın çeçenimiz qalıb Suriyada. Onlar Avropadan gediblər. 20, 30 nəfərlik quldur dəstələri var”, – Kadırov deyib.
Onun sözlərinə görə, Çeçenistandan Yaxın Şərqə döyüşməyə gedənlər azdır: “Biz hamısını nəzarətdə saxlayırıq. Kimsənin oralara getməsi nadir halda baş verir”.(Modern)
İnterpress.az