“İrəvanın qəsb olunması (məcburi güzəştə gedilməsi) 100 illiyi və tarixi həqiqətlər” mövzusunda konfrans keçirilibbackend

“İrəvanın qəsb olunması (məcburi güzəştə gedilməsi) 100 illiyi və tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransdan İrəvan xanlığının tarixini əks etdirən fotosərgi keçirilib. Konfransı giriş sözü ilə aşan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev tarixi torpaqlarımıza qayıtmaq üçün Beynəlxalq qurumlar qarşısınd məsələ qaldırmaq üçün Qərbi Azərbaycanda baş vermiş hadisələrə hüquqi qiymətin verilməsi məqsədilə BDM tərəfindən silsilə tədbirlər həyata keçirildiyini bildirib. O, konfransın əsas məqsədinin İrəvanın və indiki Ermənistan ərazisi olan digər ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu faktlarla, təbliğat materialları ilə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq olduğunu bildirib. Daha sonra tarixçi, tədqiqatçı, fəlsəfə doktoru Əziz Ələkbərli məruzə ilə çıxış edib. O, məruzəsində İrəvan Quberniyasının verilməsinə dair tarixi arayışla iştirakçılara məlumat verib. Konfransda akademik Vəli Əliyev, professor Rəşid Mahmudov, rejissor Şeyx Əbdül Mahmudbəyov, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, tədqiqatçı İradə Rizazadə, şairlər Əhməd Vedili, Bilman Qüdrət, Heydər Əliyev adına Milli İdeologiya Mərkəzinin icraçı direktoru Səbuhi Əliyev, hüquqşünas Ələmdar Nəbiyev, Beynəlxalq İnsan Haqları Bürosunun eksperti Elşən Bayramov və başqaları öz çıxışlarında qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının və tarixi ədalətsizliyin bərpası üçün bütün Azərbaycan xalqını mübarizəyə səslədilər. Tədbirdə BDM tərəfindən hazırlanmış “Qərbi Azərbaycan, unudulması mümkün olmayan tarix” adlı sənədli film nümayiş olunub. Həmçinin Qərbi Azərbaycanla bağlı təkliflər paketi və müraciət qəbul edilib. Sonda konfransda Qərbi Azərbaycan Azadlıq Hərəkatının yaradılması qərara alınıb. İlk olaraq 11 nəfərdən ibarət olan təşəbbüs qrupunun tərkibi və hərəkatın fəaliyyət istiqamətləri yaxın günlərdə elan olunacaq.

M Ü R A C İ Ə T

Azərbaycan xalqı 200 ilə yaxındır ki, öz tarixi torpaqlarından didərgin salınır, onun həyatı düşünülmüş və planlı şəkildə deportasiya və soyqırımla müşayət edilməkdədir. Etnik yurd-yuvasından təmizlənmə, dədə-baba torpaqlarından qovulub çıxarılma prosesi özü də dövlət səviyyəsində edilmişdir. 60 il bundan əvvəl Sovetlər İttifaqının rəhbərliyi tərəfindən azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası da və 1988-ci ildən etibarən qısa bir zamanda 250 min həmvətənimizin doğma vətənlərindən vəhşicəsinə qovulması da xalqımıza qarşı törədilmiş ən böyük ədalətsizlik, tarixi cinayət olmuşdur. SSR-i Nazirlər Sovetinin 1947-ci il 10 mart 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarlarına hələ də hüquqi və siyasi qiymət verilməmişdir. Halbuki Krım tatarlarına və Ahıska türklərinə qarşı edilmiş bu ədalətsizliyin bərpa edilməsi üçün müəyyən addımlar atılmış, onların tarixi vətənlərinə qayıtmasına dünya birliyi öz təsirini göstərmişdir. Çox təəssüf ki, indi adına Ermənistan deyilən qədim Türk Yurdundan dövlət səviyyəsində sürgünə məruz qalmış xalqımızın taleyinə biganə münasibət davam edir. Bu azmış kimi 1988-ci ildə xalqımız son nəfəsinə qədər öz doğma yurdunu tərk etməyə məcbur edilmişdir. Vaxtilə əhalisinin böyük əksəriyyətinin Azərbaycan Türkləri təşkil edən indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistan deyilən dövlət tərəfindən Azərbaycan türklərinin hüqüqları pozulmuş, ləyaqətləri alçaldılmış və təhqir edilmişdir. Ölümlərlə, qan və faciələrlə müşaiyyət olunan bu ayrıseçkilik, şantaj, şovinizm, rasizim və annensiya siyasəti Ermənistanın rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur. 1990-1993-cu illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı da bu siyasətin tərkib hissəsidir.
Biz Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli “1848-53-cü illərdə azərbaycanlılarının Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlarını əsas götürərək bütün ictimaiyyətimizi, xalqımızın vətənpərvər insanlarını, siyasət və elm adamlarını bu tarixi ədalətsizlikləri bərpa etmək üçün mübarizəyə səsləyirik.
Biz öz tarixi torpaqlarımıza qayıtmaq üçün dünyanın beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalı, bu hadisələrə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıyıq. Ermənistanköklü azərbaycanlıların icma, cəmiyyət və qurumlarının bir vahid mərkəzdə birləşməsinin vaxtı çatmışdır. Biz Qərbi Azərbaycanın Mühacir hökumətinin, Mühacir Parlamentinin və ona müvafiq qurumların yaradılması ideyasını gerçəkləşdirməyə çağırırıq. Dağlıq Qarabağda ermənilərə hansı status veriləcəksə, biz Qərbi Azərbaycanlılar da həmin statusu götürməlidir.
Beynəlxalq Diaspora Mərkəzi xalqımızı Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının və tarixi ədalətsizliyin bərpası uğrunda mübarizədə daha da sıx birləşməyə səsləyir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq!