Mahaçqalada çağırışa gedən feldşeri başında qayçı olan kişi qarşılayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Mahaçqalada çağırış ünvanına gələn təcili tibbi yardım feldşeri gördüyü mənzərədən az qala huşunu itirəcəkdi. Belə ki, onu qarşılayan kişinin başına qayçı batmış vəziyyətdə olub.
Yaralının sözlərinə görə, bu dəhşətli hadisə baş vermiş münaqişə zamanı yaşanıb.
Zərərçəkmişə dərhal ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən insidentin təfərrüatları, həmçinin qayçının kim tərəfindən batırıldığı ilə bağlı müvafiq araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.az






