Hindistanda DƏHŞƏTLİ QƏZA: Lift qəfil hərəkət edərək gənc fəhləni ÖLDÜRDÜ – VİDEObackend

Hindistanda DƏHŞƏTLİ QƏZA: Lift qəfil hərəkət edərək gənc fəhləni ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda lift qəfil hərəkət edərək gənc fəhləni əzib öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Hindistanda ölümlə nəticələnən dəhşətli bədbəxt hadisə baş verib. Gənc fəhlə yük liftinə malları yığarkən qurğu gözlənilmədən və qəfil hərəkətə gəlib.

Nəticədə liftin kabini ilə şaxtası arasında sıxılıb qalan gənc işçi ağır xəsarətlər alaraq hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidləri dərhal xilasediciləri və təcili tibbi yardım briqadasını çağırıblar, lakin həkimlər gəldikdə artıq gəncin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, faciəyə liftin idarəetmə sistemindəki texniki nasazlıq və ya təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Faktla bağlı yerli polis tərəfindən cinayət işi açılıb, hadisənin başvermə səbəblərinin dəqiq araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az