”Qarşılaşdığım ən mərd insan azərbaycanlı olub”backend

”Qarşılaşdığım ən mərd insan azərbaycanlı olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, müharibədə iştirak etmiş biri kimi müasir münaqişələri şərh edir və lokal silahlı qarşıdurmalarda özünün xatirələrini bölüşür. Dağlıq Qarabağda gördüyü mənzərəni, Azərbaycan döyüşçülərinin qoçaqlığından bəhs etməsi, ermənilərin elə o vaxtdan muzdurları döyüşdürməsi xüsusilə diqqətə çarpır.

İndi təqdim edəcəyimiz mətndə isə Nevzorov Qarabağ müharibəsi zamanı Goranboy batalyonu haqqında hazırladığı materialdan danışıb.

\”Mənə doğrudan da maraqlıdır ki, Azərbaycan xalqı Dağlıq Qarabağla bağlı məsələlərdə haqlı olduğunu sübut edə bildimi? Əslində artıq kimin haqlı, kimin haqsız olduğu ilə maraqlanmıram. Çünki istənilən halda bu cür hadisələrdə iki tərəf haqlı da ola bilər, haqsız da. Problem baş verənlərin kimin qanı bahasına olmasıdır. Və hadisələrin bizim həyatımıza necə təsir etməsi…

Müharibədə elə insanlar var idi ki, onların həyatı mənə azərbaycanlılardan daha vacib idi. \”Goranboy batalyonu\” adlı materialım yadıma düşür… Bu, mənim üçün çox ciddi məsələdir və mən o materialda haqqında yazdığım adamları da xoş xatirələrlə anıram. Bəlkə də bu cümləmdən xeyli sarsılacaqsınız, amma mənim bu günə kimi qarşılaşdığım ən mərd insan məhz azərbaycanlı olub.

Onun adı Vəzir idi. Orucov Vəzir Yusif oğlu.

''Qarşılaşdığım ən mərd insan azərbaycanlı olub''

Vəzirin üstü-başı kir içində idi, buşlatından dəhşətli balıq qoxusu gəlirdi. Saçları bir az ağarmış bu kişi xarici görünüşünə görə, digərlərindən elə də seçilmirdi.

Mənim də olduğum Goranboy batalyonu darmadağın ediləndə Sərsəng vadisindəki əsas qüvvələr ön cəbhədən gələn insanları aparmağa gələn avtobuslar üstündə dava edirdi. Həmin vaxt gördüm ki, bir nəfər \”UAZ\”ı işə salaraq insanların qaçdığı istiqamətə getməyə çalışır. O yer ki, orada dəhşətli qırğın gedirdi, 500 meyid yerə səpələnmişdi, hər şey yanırdı, partlayırdı və ermənilər durmadan oraya hücum edirdilər.

…Həmin adamın da məhz o istiqamətə getdiyini görəndə ona dedim ki, \”sən dəlisən?\”

Mənə dedi ki, \”orada yaralılar var\”.

Təbii ki, birlikdə getdik. Orada qarşılaşdığımız mənzərə gözlədiyimizdən daha pis idi. Çünki getdiyimiz yerdə əslində heç bir erməninin olmadığını anladıq. Bir müddət sonra məlum oldu ki, döyüşənlər əslində ermənilər tərəfindən muzdla alınmış Pskov xüsusi təyinatlılarıdır. Ona görə onlar azərbaycanlıları həmin vadidən çox asanlıqla çıxara bildilər.

…Və o adam – Vəzir. \”UAZ\”ı vurub bizi maşından düşürdülər. Güllələməyə hazırlaşırdılar. Birdən Pskov desantları mıni tanıdılar. Dedilər ki, sən bizim tərəfə keç. Mən də \”təbii ki. heç bir problem yoxdur\” deyib keçdim. Vəzirlə nə edəcəklərini soruşdular. Bu zaman isə \”buraxın getsin\” dedim və mənimlə razılaşdılar. Ardınca rabitə vasitəsilə hər kəsə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçacaq, onu vurmayın.

Vəzir bir müddət maşında eşələndi və avtomatını tapdı. Sonra isə sakitcə əlimi sıxdı və getdi. Bəli, qaçmırdı. Çox rahat şəkildə gedirdi. Hətta o qədər məğrurcasına yeriyirdi ki, heç Şekspirin heç bir qəhrəmanı o cür gəzə bilməzdi.

Getdikcə sanki kürəyi ilə deyirdi ki, \”baxın, kürəyimi sizin hədəfinizdir. Mən isə qaçmayacağam\”. O, hətta atəş səsləri eşidəndə belə, addımlarını yeyinləşdirmirdi. Güllələr isə havaya atılırdı\”.

İnterpress.az