Zənginlik simvolu hesab olunan “SAÇ” ŞORBASI: “Fət çoy” NƏDİR? – VİDEObackend

Zənginlik simvolu hesab olunan “SAÇ” ŞORBASI: “Fət çoy” NƏDİR? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində saça bənzəyən qeyri-adi qida delikates hesab olunur.

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Çində insan saçına bənzəyən çox qeyri-adi bir qəlyanaltı növü mövcuddur. “Fət çoy” (Fat choy) adlanan bu qida növü əslində bitki deyil, Çinin səhra rayonlarındakı quraq torpaqlarda və su hövzələrində yetişən yeməli sianobakteriyadır (mavi-yaşıl yosun növü).

Qurudulmuş halda tamamilə qara saç tellərini xatırladan bu qəribə məhsul adətən şorbalara əlavə edilir.

Şorbanın içində islandıqdan sonra “saç telləri” yumşalaraq nazik əriştə (makaron) görünüşünü alır.

“Fət çoy” Çin mətbəxində, xüsusən də Yeni il bayramı süfrələrində çox populyardır. Bunun səbəbi təkcə onun qeyri-adi dadı deyil, həm də adının Çin dilində (Kanton ləhcəsində) “zənginləşmək” və ya “bəxti gətirmək” sözü ilə eyni cür səslənməsidir.

Lakin bu bakteriyanın kütləvi şəkildə toplanması Çinin şimalındakı quraq ərazilərdə torpaq eroziyasına və səhralaşmaya səbəb olduğu üçün Çin hökuməti onun yığılmasına və satılmasına ciddi məhdudiyyətlər qoyub.

Bu səbəbdən hazırda bazarlarda onun nişastadan hazırlanan süni növlərinə də tez-tez rast gəlinir.

Xuraman Etibarlı

İnterpress.az