Xədicə İsmayıl keçmiş deputatla birgə yeni hərəkat yaradırbackend

Xədicə İsmayıl keçmiş deputatla birgə yeni hərəkat yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin məlumatları dəqiqləşdirmək praktiki olaraq mümkün olmasa da, məsələnin aktuallığını nəzərə alıb onları ictimai müzakirəyə çıxarmağa qərar verdik.

Çünki əməkdaşımızı bilgiləndirən qaynağın söylədikilərinin təsdiq və ya təkzib olunması üçün müəyyən zaman tələb olunur, irəli sürülən iddiaların doğru-olub olmadığı 2018-ci ilin prezident seçkiləri ərəfəsində ortaya çıxacaq.

İddialardan birincisi budur ki, Xədicə İsmayılova həbsdə olarkən Gədəbəyin sabiq deputatı, hazırda Yeni Azərbaycan Partiyasının üzvü olub-olmadığı dəqiq bilinməyən iş adamı Nazim Məmmədovla görüşüb. Bu görüş üçün Nazim Məmmədova xüsusi şərait yaradılıb və o, məişət məhbusunu məhbəsdə ziyarət edərək onunla müəyyən razılaşmalar əldə edib. Məlumat əlimizə gecə saatlarında çatdığından keçmiş deputatı və keçmiş məhbusu narahat etmək istəmədik, ancaq hər ikisini mətbuat vasitəsi ilə həmin görüşün olub-olmamasına aydınlıq gətirməsi jurnalistikanın xidmət etdiyi ictimai maraqlar baxımından faydalı olardı.

Ancaq bu dəqiqdir ki, Nazim Məmmədov vaxtılə parlamentdə YAP üzvü kimi təmsil olunub və ondan sonra da YAP-dan çıxması, yaxud çıxarılması haqqında heç bir açıqlama verilməyib. Eyni zamanda, 2015-ci ildə YAP özbaşına seçkilərə qatılan namizədləri cəzalandıracağını bəyan etsə də, Nazim Məmmədovla bağlı məsələyə və suallara aydınlıq gətirilmədi.

Deyilənə görə, həmin görüş və ya görüşlərdə xüsusi müzakirə mövzularından biri də Xədicə İsmayılın həbsdən çıxacağı təqdirdə göstərəcəyi fəaliyyətlə bağlı olub. Hazırda məlumdur ki, Xədicə İsmayılova azadlıqdadır, lakin media sektorunda rəhbər vəzifə tutması məhkəmə hökmü ilə qadağandır. Bu isə o deməkdir ki, o, \”Azadlıq” radiosundakı əvvəlki işinə qayıda bilməz. Eyni zamanda, onunla Azadlıq Radiosunun Azərbaycan xidməti üzrə ABŞ-da rəyi xüsusi nəzərə alınan Kənan Kazımoğlu arasında maddi maraqlar konflikti var. Elə bu səbəbdən qaynağımız əminliklə söyləyir ki, cəmiyyət bir müddət sonra Xadicə İsmayılı keçmiş deputat Nazim Məmmədovla birlikdə \”yeni vətəndaş hərəkatı” quruculuğunda görəcəklər.

Bu hərəkat rəsmən siyasi partiya olmayacaq, heç QHT kimi də qeydiyyatdan keçməyəcək. Sadəcə, hazırda müxtəlif siyasi qüvvələrdə və QHT sektorunda təmsil olunan, adına ümumi şəkildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən \”5-ci kolon” deyilən vətəndaş cəmiyyətinin aktyor və aktrisalarının hamısı həmin mərkəzə cəm olunacaq.

Yeri gəlmişkən, adına şərti olaraq \”İşarə”- mənbəmiz hansı ad altında fəaliyyət aparılacağını bilmədiyindən bu ad bizim təxəyyülümüzdür- deyə biləcəyimiz hərəkatın əsas hədəfi də ilk növbədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olacağı təxmin olunur. Lakin ümumilikdə həmin qurum hakimiyyətə qarşı son dərəcə kəskin mövqe tutacaq və öz radikal bəyanatları ilə 2018-ci ilin prezident seçkilərinə qədər bütün narazı elektoratı özlərinə meylləndirəcəklər. Prezident seçkilərində isə situasiyadan asılı olaraq ya Nazim Məmmədovun, ya da Xədicə İsmayıovanın namizədliyi irəli sürüləcək və bununla da AXCP sədri Əli Kərimlinin 2018-ci il üçün qurduğu bütün kombinasiyalar alt- üst ediləcək. Eyni zamanda, REAL hərəkatının lideri İlqar Məmmədovun da həmin seçkilərdə \”yeni və perspektivli fiqur” kimi elektoratda cazibə yaratmasına imkan verilməyəcək. Artıq həmin təşəbbüsə \”Real”dan qoşulan iki nəfərin adı da qaynağımıza məlumdur- Zöhrab İsmayıl və Altay Göyüşov. Bundan savayı, hazırda Xədicə İsmayılın gözdənsalma kampaniya apardığı \”Yeni Müsavat” qəzetindən Zamin Hacı, \”Azadlıq” qəzetinin yazarı Elnur Astanbəyli, eləcə də daha bir neçə tanınmış \”media kapitanı” da işin içindədir.

Hazırda projenin reallaşması üçün tələsik addımlar atılmadığını söyləyən qaynağımızın fikrincə, \”İşarə”çilərin əsas taktiki məqsədi hazırda Milli Şuranı Əli Kərimlidən qoparmaq, onu AXCP-nin nəzarətindən çıxarmaqdır. Əgər fikir verirsinizsə, son zamanlar həmin düşərgədən Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı bəzən etik çərçivələri aşan səviyyədə hücumlar edilir.

Ancaq diqqətli müşahidəçilər sezə bilir ki, bu hücumların təşkilatçısı heç də Əli Kərimli deyil, məhz Xədicə İsmayılovaya yaxın isimlərdir. Ancaq həmin hücumların məsuliiyyəti son nəticədə AXCP sədrinin boynunda qalır və bununla Əli Kərimli ilə Cəmil Həsənli arasında psixoloji uçurumlar yaradılır. Bir neçə dəfə Əli Kərimlini mandata satmış Cəmil Həsənli isə AXCP sədrini daha bir neçə dəfə satmağa hazırdır və məhz bu hazırlığın nəticəsidir ki, o da Milli Şura sədri olaraq \”İşarə”ni gözləyir.
Qarşıdakı prezident seçkilərində namizəd kimi iştirak etmək istəməyən Cəmil Həsənli üçün həm Əli Kərimlini müdafiə etməmək, həm də \”daha radikal düşərgə”də təmsil olunaraq obrazını qorumaq, həm də hakimiyyətə dolayısı ilə \”xidmətinizdəyəm” mesajı vermək üçün bu əla fürsət sayılır.

Milli Şuranın ələ keçirilməsində Xədicə İsmayılın xüsusi ümid bəslədiyi başqa bir fiqur isə sabiq deputat Gültəkin Hacıbəylidir. Məlumatlı şəxsin dediyinə görə, AXCP sədri Əli Kərimli Gültəkin Hacıbəyliyə bir neçə dəfə beynəlxalq məsələlər üzrə müavin postu təklif edib, lakin müsbət cavab almayıb. Eyni zamanda, Gültəkin Hacıbəylinin Xədicə İsmayılın təşəbbüsünə də ilk söhbətdə müsbət yanaşmadığı qeyd olunur.

Lakin elə həmin ərəfədə aparıcı saytların birində Gültəkin Hacıbəyliyə \”Əli Kərimlidən uzaq durmasını başa salan” yazı yayınlandı və məhz ondan sonra sabiq deputat Xədicə İsmayılova ilə münasibətlərinin isti olduğunu öz Facebook profilində xatırlatmağa başladı. Sirr deyil ki, Hacıbəyli özünü \”məxməri inqilab mitinqlərinin Timoşenkosu” statusunda görür, ancaq əldən verdiyi mandatı qaytarmaq üçün istənilən masanın önündə siyasi rəqs etməyə də hazırdır. Lakin onunla bağlı açıq qalan bir sual var və bu sual da \”İşarə” hərəkatında onun konkret hansı titulu daşıması ilə bağlıdır.

Yeni hərəkatın həmsədrlik institutu ilə idarə olunacağı gözlənilir və bu yerlərin sahibi bəllidir. Cəmil Həsənli prosesə Milli Şura sədri kimi qatılacaq, onun titul sorunu yoxdur. Odur ki, Gültəkin Hacıbəylinin yeni hərəkatın Ali Məclis sədri, yoxsa İcra Aparatı rəhbəri olacağı hələ tam dəqiq deyil. Eyni zamanda Gültəkin Hacıbəylinin tutmayacağı bu iki vəzifədən birinin Qərbin \”siyasi məhbus” kimi tanıdığı şəxslərdən birinə veriləcəyi güman olunur. (tezis.az)

İnterpress.az