NATO Əfqanıstan işğalının müddətini daha bir il uzadıbbackend

NATO Əfqanıstan işğalının müddətini daha bir il uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər – 12 min əsgər saxlayacağını açıqlayıb.

Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək.

Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər. (apa)

İnterpress.az