İŞİD terror təşkilatının vəhşiləşmiş üzvləri Suriyanın “Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər.
\”The Daily\” Mail xəbər verir ki, silahlılar şəhərin mərkəzi Əl-Dəllə meydanında izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsiblər.
Qətlə yetirilən futbolçuların şəxsiyyəti də müəyyənləşdirilib. Bunlar Usama Əbu Küveyt, İhsan əl-Şaveykx, Nehad əl-Hussen və Əhməd Axavaxdır.
Bildirilir ki, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar. (oxu.az)
İnterpress.az